Moskva Moldovaya xəbərdarlıq etdi
2024-08-13 18:18:18
Hurriyyet.az xəbər verir ki, Moldovanın Moskvadakı müvəqqəti işlər vəkili Aleksandr Ketraru Rusiya XİN-ə dəvət edilib. Kiyevə verilən F-16 qırıcılarının Moldova aerodromlarında yerləşdirilə biləcəyi barəsində mətbuatda dərc olunan xəbərlərlə bağlı ciddi narahatlıq diplomata çatdırılıb. Bu barədə RF XİN-in bəyanatında məlumat verilib.
Rusiya Moldovanı neytral qalmağa və Ukraynadakı münaqişənin alovlanmasına səbəb olacaq addımlar atmamağa çağırıb.
Hürr Tərcüman