Moskva Krım tatarlarını Ukraynadakı müharibədə qırğına verməklə genosid edir

Moskva 1944-cü ildə törətdiyi Krım tatarlarının deportasiyası və genosidinə davam edir. Sual oluna bilər ki, necə? Cavab olaraqsa, bildirək ki, Rusiya tərəfindən ilhaq edilmiş Krımda Putin hakimiyyəti Ukraynaya qarşı müharibəyə səfərbərlik çərçivəsində Krım tatarlarına slavyan əhalisinə nisbətən daha çox çağırış vərəqələri verib. "KrımSOS" hüquq müdafiə təşkilatının hesablamalarına görə, təkcə ilk günlərdə Krımda olan çağırış vərəqələrinin təxminən 90%-i Krım tatarlarına gəlib. Bu barədə "Meduza" nəşri Krım hüquq müdafiəçilərinə istinadən məlumat yayıb.
Göründüyü kimi, Rusiya hakimiyyəti Ukraynadakı müharibədən yerli türk xalqlarının kökünü kəsmək, soyunu yerli-dibli qurutmaq və başqa sözlə desək, türk ərazilərini yerli əhalidən tam təmizləmək üçün məharətlə istifadə edir.
Ülviyyə, Hurriyyet.az
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya