"Moskva" kreyseri aprelin 15- dən Ukraynaya məxsusdur, ona görə ki..."

2022-04-21 09:47:00

Rusiyanın Qara dəniz donanmasının flaqmanı olan və batan "Moskva" raket kreyseri indi Ukrayna dövlətinə məxsusdur, ona görə ki, bu kreyser Ukraynanın sularında batıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə aprelin 20- də УНИАН nəşri məlumat verib.

Gəmi Ukrayna sahillərindən 50 mil aralıda batıb və alimlər artıq oraya ekspedisiya planlaşdırıb. Onların məlumatına görə, aprelin 15- dən "Moskva" Ukraynanın Sergey Voronovun rəhbərliyi altında Mərkəzi hərbi- dəniz muzeyinə məxsusdur.

Alim kreyseri yeni adla adlandırmağı xahiş edib. Bundan sonra o, "2064 nömrəli mədəni irsin sualtı obyekti" adlanacaq, batan gəmi reyestrə məhz belə daxil edilib.

"Moskva" gəmisinin batdığı yer istisnasız olaraq Ukraynanın iqtisadi sularıdır və Ukraynanın da ratifikasiya etdiyi 2006- cı il YUNESKO- nun Beynəlxalq konvensiyasına görə, Qara dənizin dibində insan həyatının bütün izləri Ukraynanın mülkiyyətidir", - Voronov qeyd edib.

Xatırladaq ki, "Moskva" kreyseri aprelin 13- də Ukraynanın "Neptun" raketi ilə vurulandan sonra batıb. Kreyserin kapitanı Anton Kuprin həlak olub.

Həmçinin xatırladaq ki, 24 fevralda müharibə başlanandan sonra məhz bu gəminin artilleriyasından Odessa şəhəri atəşə tutulub, İlan adasında isə Ukrayna sərhədçiləri ilə insident baş verib.

"Moskva" kreyserini itirməsinə rəğmən, Rusiya Ukraynanın sahil sularına nəzarət etməkdə davam edir, bu barədə Ukrayna KİV- ləri məlumat verib.

Məsələn, Sevastopol yaxınlığında Rusiya donanmasının 39 döyüş gəmisi və kateri toplanıb.

Moderator.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya