Saat:23:31
Haqqımızda

Moskva İrəvanı əldən verməsi ilə barışa bilmir – bir daha təklif elədi

2023-03-29 15:34:00

Moskva İrəvanı əldən verməsi ilə barışa bilmir – bir daha təklif elədi

“Bəlkə də qaytardılar” xəyalları

Hurriyyet.az xəbər verir ki, RF XİN rəhbərinin müavini Mixail Qaluzin KTMT missiyasını Ermənistan-Azərbaycan sərhədinə yerləşdirməyə hazır olduqlarını bildirib.

O, RTVi kanalına müsahibəsində deyib: “KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının  Respublikaya yardım göstərməsi qərarı layihəsi daxilindəki digər yardım tədbirləri kimi, Ermənistanın təhlükəsizliyinin təmin edilməsi maraqları daxilində KTMT missiyasının Ermənistan-Azərbaycan sərhədlərində yerləşdirilməsi planlarını da reallaşdırmağa hazır olduğumuzu təsdiqləyirik. Ermənistanla eyni dərəcədə bu işi reallaşdırmağa hazırıq”.

Qeyd edək ki, bu ilin mart ayında İrəvan KTMT-nin Baş katibinin müavini postuna olan kvotada, yanvar ayında isə KTMT-nin “Sarsılmaz qardaşlıq” adlı ənənəvi təlimində iştirak eləməkdən imtina eləmişdi. Təlim əvvəlcədən planlaşdırıldığı kimi, Ermənistanda yox, Qırğızıstanda keçirildi.

Yanvarın əvvəlində isə RF XİN rəhbəri Sergey Lavrov Azərbaycanla münasibətləri nizamlamaq məsələsində Ermənistanın KTMT-nin yardımından özünün imtina edərək, Avropa İttifaqı missiyasını dəvət elədiyini bəyan eləmişdi.

Ermənistanın Baş naziri Nikol Paşinyan isə 14 mart tarixində keçirdi mətbuat konfransında demişdi: “İndi mənim qiymətləndirməm belədir: KTMT bunu istəsə də, istəməsə də Ermənistandan çıxır. Bu da bizi narahat edir”.

“Moskva elə bilir ki, hələ də ondan asılıyıq”

Xəbər verdiyimiz kimi, Ermənistanda hakim “Vətəndaş müqaviləsi” partiyasından seçilmiş deputat Qaqik Melkonyan martın 29-da mətbuata müsahibəsində İrəvanın Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Statutuna qoşulmasından sonra RF Prezidenti Vladimir Putinin Ermənistana gələcəyi təqdirdə həbs ediləcəyini söyləyib: “Putin öz ölkəsində qalsa və gəlməsə yaxşıdır. Çünki biz, Roma Statutuna qoşulsaq, öz öhdəliklərimizi yerinə yetirməliyik və əgər Putin Ermənistana gələrsə, o zaman həbs olunmalıdır”.

Deputat deyib: “Moskvaya elə gəlir ki, biz indiyə qədər onlardan asılıyıq və necə davranmalı olduğumuzu onlardan soruşmalıyıq.

Rusiya bizi müstəqil ölkə hesab eləmir və bu yaxınlarda Avropa müşahidəçilərinə görə haray saldılar. Bizi təhdid edirlər, deyirlər ki, Avropa İttifaqı olmadan da zəruri olan hər şeyi edirlər. Lakin biz başa düşməliyik ki, müstəqil dövlətik və öz ölkəmizin taleyini özümüz həll eləməliyik”.

Xatırladaq ki, martın 17-də Beynəlxalq Cinayət Məhkəməsi (ICC) Rusiya Prezidenti Vladimir Putini Ukraynada törədilmiş hərbi cinayətlərə görə cavabdeh olmaqda ittiham edərək həbsinə order verib.

Martın 24-də isə Ermənistan Konstitusiya Məhkəməsi rəsmi İrəvanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna qoşulmasının ölkə Konstitusiyasına uyğun olduğu barədə qərar verib.

Hürr Tərcüman

Bizi "Feysbuk"da izləyin

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR