Moskva ilə İrəvan arasında ziddiyyətlər artır? - Ermənistanda böyük xaos

2022-06-07 16:36:00

Moskva ilə İrəvan arasında ziddiyyətlər artır? - Ermənistanda böyük xaos

“Ermənistanda bir neçə gündür davamlı etiraz aksiyaları keçirən müxalifət fəalları xaricdəki havadarlarından yardım istəyir. "Müqavimət” hərəkatının liderlərindən biri, müxalif “Ermənistan” fraksiyasından olan vitse-spiker İşxan Saqatelyan deyib ki, hərəkat qarşıdan gələn həftəyə hazırlaşır. O, əlavə edib ki, növbəti həftə Ermənistana çoxsaylı beynəlxalq nümayəndə heyətləri gələcək və bu istiqamətdə işlər aparılacaq”.

Hurriyyet.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Kənan Novruzov deyib.

Onun sözlərinə görə, iyunun 3-də İrəvanda aksiyaçılarla polislər və “qırmızı beretlilər” arasında toqquşma olub:

“Hüquq-mühafizə orqanlarının əməkdaşları dəyənəklərdən və yüngül səsli qumbaraatanlardan istifadə ediblər. Kütləvi iğtişaşların təşkili, faktları ilə bağlı cinayət işi başlanıb.

Toqquşmalar zamanı polis əməkdaşları da daxil olmaqla 60 nəfər xəsarət alıb. Ermənistanda iqtidar əleyhinə etirazlar xeyli müddətdir davam edir. Narazı qüvvələr Baş nazir Nikol Paşinyanın Azərbaycan və Türkiyə ilə əlaqələri normallaşdırmaq cəhdinə qarşı çıxırlar”.

Ekspertin sözlərinə görə, Paşinyanın mayın 16-da Moskvaya səfəri ərəfəsində iki ehtimal var idi:

“Ya etirazlar səngiməli, ya da bir az da güclənməli idi. Görünür, ikincisi oldu. Bu isə Moskva ilə İrəvan arasında ziddiyyətlərin artdığına işarədir. Hər halda Kreml rəhbərliyi istəsə mitinqləri yatıra bilərdi.

Müxalifət liderinin sözügedən bəyanatında ağıla ilk gələn qüvvə məhz Rusiya olur. Az olsa da, bunun blef olma ehtimalı da var. Amma istisna deyil ki, Rusiya müxalifətə artıq müəyyən qədər "yaşıl işıq" yandırıb. Bu "yaşıl işığın" haradək davam etməsi isə iqtidarın yaxın gələcəkdəki ritorikasından asılıdır.

Qarşıdakı həftələrdə Ermənistanda durumun daha da qarışacağı, daha ciddi qarşıdurmaların olması gözləniləndir. Bunun hakimiyyət dəyişikliyi ilə nəticələnməsi barədə danışmaq hələlik tezdir. Ancaq  Rusiyanın Ermənistana təzyiqlərinin artacağı və bununla əlaqədar müəyyən ssenarilərin hazırlaması istisna deyil”.

Sfera.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya