Moskva ilə İrəvan arasında "alış-veriş zəifləyib"
2025-09-04 14:21:51
Hurriyyet.az xəbər verir ki, Rusiya Federasiyasının Baş nazirinin müavini Aleksey Overçuk Ermənistanla Rusiya arasında ticarətin həcminin xeyli kiçildiyini, ilin axırına qədər göstəricilərin iki dəfə azalacağını bəyan edib.
Overçuk jurnalistlərə açıqlamasında deyib: "İki ölkə arasında ticarət xeyli azalıb. İlin sonuna qədər həcmin iki dəfə azalacağını gözləyirik. Ötən ildə Rusiya ilə Ermənistana arasındakı ticarət dövriyyəsi 12,4 milyard dollar dəyərində idi, bu il isə həmin rəqəm 6 milyard civarında, bəlkə də azacıq artıq olacaq".
Hürr Tərcüman
