Saat:11:43
Haqqımızda

Moskva: "III Dünya müharibəsi başlanacaq"

2025-04-24 14:59:06

Moskva:

Hurriyyet.az xəbər verir ki, Sergey Şoyqu III Dünya müharibəsinin nə zaman başlana biləcəyindən danışıb.
Rusiyanın keçmiş müdafiə naziri, hazırda RF Təhlükəsizlik Şurasının katibi olan Sergey Şoyqu TASS informasiya agentliyinə müsahibəsində deyib: "Sülhməramlıların Rusiyanın tarixi torpaqlarına yerləşdirilməsi III Dünya müharibəsinin başlanmasına səbəb ola bilər".
Şoyqu "tarixi Rusiya torpaqları" dedikdə Ukraynanın işğal altındakı ərazilərini nəzərdə tutub.
TŞ-nin katibi "könüllülər koalisiyasının sülhməramlılar adı altında Ukraynaya hərbi qüvvə yerləşdirmək planını" diqqətə çatdırıb.
Şoyqu deyib: "Avropanın sağlam təfəkkürlü iyasətçiləri başa düşürlər ki, belə bir ssenarinin reallaşması NATO-nun Rusiya ilə birbaşa toqquşmasına və ardından III Dünya müharibəsinin başlanmasına səbəb ola bilər". 
O, əmindir ki, “burada “sülhməramlılar” sözü əsl məqsədi – Ukrayna ərazisinə və onun resurslarına nəzarəti gizlətmək üçün işlədilir”.
Rusiya Təhlükəsizlik Şurasının katibi deyib: "Belə bir kontingenti işğalçı və ya ilhaqçı adlandırmaq daha düzgün olardı".
Hürr Tərcüman