Moskva görüşü Bakının təklifi ilə reallaşır

2022-08-25 09:11:00

Moskva görüşü Bakının təklifi ilə reallaşır

Avqustun sonunda Moskvada Azərbaycan və Ermənistan arasında delimitasiya komissiyalarının növbəti iclası geniş tərkibdə olacaq. Geniştərkibli görüş Bakının təklifi əsasında qəbul edilib və ötən il Soçidə üçtərəfli görüşdən sonra bəyanata daxil olunub.

Bu sözləri açıqlamasında politoloq Fərhad Məmmədov deyib.

O bildirib ki, proses Bakı və İrəvan arasında normallaşma mərhələsinin tərkib hissəsidir:

“Xəritələr, metodologiya, yanaşma, eyni zamanda, ilkin mərhələdə razılığın əldə olunması üçün sərhədin sual doğurmayan hissələri müəyyən edilməlidir. Sözügedən məsələ nəqliyyat və kommunikasiya xətlərinin açılması, yeni sərhəd-nəzarət buraxılış məntəqələrinin qurulması üçün vacibdir. Komissiyaların iclaslarının Moskva və Brüsseldə keçirilməsinin planlaşdırılması həm Rusiyanın, həm də AB-nin bu məsələdə tərəflərə texniki və konsultativ yardım etmək niyyətindən xəbər verir. Məsələn, Rusiya xəritələrlə, AB isə peyk çəkilişlərindən tutmuş ərazilərdə işlərin aparılması, texniki dəyərləndirilmənin maliyyələşdirilməsi məsələlərində kömək göstərə bilər. Ümumiyyətlə isə burada Azərbaycan üçün ən vacib məqam odur ki, komissiyaların görüşü böyük normallaşma prosesinin və yekun sülh müqaviləsinin imzalanmasına aparan yolun növbəti addımıdır”.

Axar.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.065458