Saat:10:44
Haqqımızda

"Moskva Ermənistan ərazisində mövcudluğunu gücləndirməyə çalışır" - FUAD QƏHRƏMANLI

2023-11-03 15:47:28

"Bunun üçün isə Qafan şəhərində baş konsulluq açmaqla diplomatlarının sayını artırır"

"Rusiya Ermənistanın Qafan şəhərində baş konsulluq açıb. Bununla bağlı Rusiyanın baş naziri Mixail Mişustin müvafiq sənəd imzalayıb". Hurriyyet.az xəbər verir ki, bunu siyasi şərhçi Fuad Qəhrəmanlı bildirib.

Siyasi şərhçinin qənaətincə, Zəngəzur dəhlizinə ordu yerləşdirmək arzusu baş tutmayan Moskva indi diplomatlarının sayını artırmaqla Ermənistan ərazisində mövcudluğunu gücləndirməyə çalışır: "Avropa Birliyi müşahidə missiyasının ofisinin və İranın konsulluq açmasından sonra Rusiya kənarda qalmamaq üçün burada öz konsulluğunu açmağa qərar verib".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.565119