Saat:07:58
Haqqımızda

Moskva Azərbaycanla Ermənistan arasında yüksək səviyyədə görüşün anonsunu verdi

2022-08-11 14:18:00

Moskva Azərbaycanla Ermənistan arasında yüksək səviyyədə görüşün anonsunu verdi

Moskva, İrəvan və Bakı avqustun sonunadək yüksək səviyyəli üçtərəfli əlaqələr üzərində işləyirlər. Bu barədə Rusiya XİN-nin İnformasiya və Mətbuat Departamentinin direktor müavini İvan Neçaev həftəlik brifinqdə "NEWS.ru"nun sualını cavablandırarkən bildirib. Onun sözlərinə görə, görüşün təfərrüatları daha sonra açıqlanacaq.
"Planlara avqustun sonuna qədər Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının müxtəlif istiqamətləri üzrə yüksək səviyyəli üçtərəfli təmasların təşkili daxildir. Sonrakı mərhələdə daha ətraflı məlumat verəcəyik”, deyə Neçayev bildirib.
Xatırladaq ki, bundan əvvəl Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə görüş keçirə biləcəyini bildirib. Hələlik görüşün dəqiq tarixi açıqlanmayıb. Eyni zamanda, avropalı rəsmi qeyd edib ki, Aİ Cənubi Qafqazda sülh prosesinə sadiq qalır.

Ülviyyə, Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR