Moskva: “ABŞ Pelosinin Tayvana səfəri ilə diqqəti Ukraynadan yayındırmaq istəyir”

2022-08-03 13:08:00

Moskva: “ABŞ Pelosinin Tayvana səfəri ilə diqqəti Ukraynadan yayındırmaq istəyir”

Hurriyyet.az xəbər verir ki, RF XİN-in mətbuat təmsilçisi Mariya Zaxarova “Sputnik” radiosuna müsahibəsində ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana qalmaqallı səfərinin məqsədinin diqqəti Ukraynadan yayındırmaq məqsədi güddüyünü bildirib.

Zaxarova deyib: “Bu, ABŞ-ın öz əlləri ilə Ukrayna ətrafında törətdiyi mütləq fəlakətdir, bununla bağlı Avropa istiqamətindəki hər şeyin iflasa uğramasıdır... Kor dalan vəziyyəti informasiya paradiqmasının kəskin dəyiikliyi tələbatı yaratdı və bunu da Pelosi icra elədi”.

Zaxarovanın sözlərinə görə, baş verənlər Amerika administrasiyasının başqa ölkələrlə hesablaşmadığını göstərir.

Zaxarova deyib: “ Bu dəqiqədəki mənfəət xatirinə, ani konyukturaxatirinə, daxili və xarici bədnam piar naminə onlar hər şeyi, o cümlədən öz ad-sanlarının qalıqlarını da qurban verməyə hazırdırlar... İndi bu əcaib aksiya kimə lazımdır? Bunu siyasi konyuktura tələb edir”.

Xəbər verdiyimiz kimi, dünən axşam N.Pelosi Tayvana səfər edib. Çin hökuməti isə onu ölkənin ərazi bütövlüyünü və suverenliyini pozmaqda ittiham edir.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.055247