MONQOLLARIN TƏRTƏRƏ YÜRÜŞÜ…

2023-01-17 13:34:00

MONQOLLARIN TƏRTƏRƏ YÜRÜŞÜ…

“Azərbaycan” adlanan məmləkətimiz zaman-zaman çox istilalara məruz qalıb. Son minilliyi götürsək, hələ də öyrənilən, zamanla dəyişilən, tarix kitablarımızda, başqa qəsbkarlardan fərqli olaraq monqolların bizim başımıza açdıgı zülmlər həmişə eyni cür yazılıb və bir istiqamətdə aşılanıb.

Tariximizin ən qanlı səhifələrindən sayılan o illərdə kənd, şəhər bilməyən, böyüyə-kiçiyə baxmayan, namus, mərhəmət hissindən uzaq olan vəhşilərin etdiyi əməllər göz dagı kimi qazıdılıb yaddaşımıza. Yaşadıgımız dövrdə sayları az olan, gücsüz, heç kimə təhlükə yaratmayan bu xalqı bu gün qınamaq, etdikləri əməlləri qorxmadan car çəkmək, tarix səhifələrini onların etdikləri ilə doldurmaq çox asandır, elə bilirəm.

Böyük saydığımız yazıçılarımızdan, əsərlərinin də ilham qaynağı olan monqol hücumları və o uzaq dövrlərdənsə, hadisələrin baş verdiyi məmləkətimizin məhz bu günündən və özümüzdən olan zalımlardan yazmagı xahiş edərdim.

Az araşdırma aparmaqla, deyərdim, bəlkə də araşdırmaya belə ehtiyacı olmayan, daha asan, tər tökmədən, canlı şahidlərin dediyini sadəcə vərəqə köcürtməklə, dünən, bu gün olan hadisələrdən yazmağınızı xahiş edirəm, sadəcə. Məkan həmən məkan - Azərbaycan! Tərtər, Beyləqan, Naxçıvan və s. Şahid, subut yerbə-yerində, sadəcə yazmaq qalır sizə.

Amma burda edilən zülmləri, işgəncələri, namussuzduqları, yaramazlıqları monqolun belə etmədiyini dəqiq deyə bilərəm.

Ay tarixcilər, oy yazıçılar, vay əli qələm tutan hər kəs, sizə deyirəm, yazın.

Desəniz ki, özün niyə yazmırsan?!

Mən siziN qədər möhtərəm birisi deyiləm axı, iki cümləni bir-birinə qoşunca dəridən-qabıqdan çıxıram. Həm də orda elə hadisələr baş verib ki, yaza bilsəm belə, mənə inanmazlar. Deyərlər, bu tanımadıgımız fırıldaqçı yalan deyir. Amma siz başqa. Bu günə qədər yazdıĞınız yalana bu xalqı rahat inandırdığınız halda, həqiqəti yazmanız daha rahat olacaq.

Odur ki, qələminizi, dəftərinizi götürün, gəlin girişin bu işə. Sadəcə, yazarkən vicdanınız üstünüzdə olsun! Vəssəlam!

ŞAMİL


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.163641