Saat:17:37
Haqqımızda

MOLLA VƏ DAŞ – Şamil yazır

2023-03-23 10:13:00

MOLLA VƏ DAŞ – Şamil yazır

"Dəlinin yadına daş salma" deyən rəhmətlik atalarımızın məsəli bu dəfə agılını itirmiş bir divanəyə yox, fransız disponserindən qaçmış başı əmmaməlilərin, gicin edə biləməyəcəyi bicliklə yaratdıqları "dövlətə" əlinə götürmək istədiyi daşı da adi daş deyil, şəhərlər dağıda biləcək, ölkələrin yer kürəsindən silinməsinə səbəb olacaq qədər təhlükə yaradan bir bombaya şamil etmək yerinə düşər.

Yadımıza salaq ki, mollalardan birinin əlinə balaca bir silah keçdikdə səfirliyimizə cumub, dinc insanlarımıza atəş açırsa, səy polisi də onu aralıda dostunu gözləyirmiş kimi "işin bitdisə gedək" deyib, sonra da bəd niyyətli televiziya kanallarında qəhrəman danışdırır kimi çıxardıb dil-dil ötdürürsə, ardından dəlixanaya basırsa, belələrinin əlində dünyanı sirkələyəcək silahın olmasını bir anlıq düşünürkən, adam havalanmış olur.

Bir də ki, İslam dövlətidir, gücümüzə-güc qatar kimi fikirləşənlərə, cox ümüdlənməmələrini dilərdim, imkanı olsa, ilk sınağı bizim başımızın ortasında edərdi, deyərdim. Türkün Nizamisini mənimsəməyə, qurduğu nizamı pozmağa çalışan, neçə vaxtdır ki, bəs qədər gücü olmamasına rəğmən, yan-yörəsindəkilərin qanını tökən, əsas hədəfi sionist adı altında "müsəlman qardaşları" olan, yəni sağ göstərib, sol vuran, bir sözlə aşımızı zəhərə çevirən birisinin son zamanlar atom adlı silaha sahib olmaq arzusunun şiddətli alovu haradan, kimdən qaynaqlandığı sualına cavab günümüzdə gedən proseslərə diqqət etdikdə  aydın başa düşülən, hər səhərimizi "nüvə silahı atar" qorxusuyla gecəyə döndərən şimal qonşumuz deyilmi?!

Yaxşı, bəs belə isə, bu dəlinin nə istədiyinə vaqe olan dünya hara baxır, nə fikirləşir görəsən, bütün bəşərin cümlə işlərini iflic edən "əli uranlıya" ikinci birisinin qoşulmasınımı gözləyir möhtərəm "əli sülhlü" cənablar?! Niyə bu "zır-dəlinin" cibindən hələ iş-işdən keçməmişkən, qorxulu "zır -paketi" götürmürlər, "uşaq nədir, fişəng nədir?" deyib ağzının üstündən bir-iki sillə çəkmirlər, yoxsa istəmirlər?

Göz yummağın, səbr etməyin nə qədər günahsızın qanının tökülməsinə səbəb olduğunu artıq bir ildir ki, gedən müharibədə görmürlərmi? Bəlkə, dünyanın bir tərəfinin dağılması, viranə qalması dəlilərdən başqasının da marağındadır, bədbəxtlərin xəbərləri yox?! Yoxsa belə olmağını istəyən şeytandır, adı bir, özü çox?

ŞAMİL

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR