Molla rejiminin QARDAŞLIQ ANLAYIŞI...

2021-10-14 11:42:00

Molla rejiminin QARDAŞLIQ ANLAYIŞI...

Xaqani Cəfərli: "Ermənistanı ayaqda tutmağa çalışan İran işğaldan azad edilən ərazilərimizlə sərhəddə iri miqyaslı hərbi təlim keçirərək dövlətimizə və xalqımıza hədə-qorxu gəlir"

"İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bəyan edib ki, İranın Azərbaycan qarşısında rəftarları qardaşca olub. Azərbaycan xalqı şəhidlərinin canı, qazilərinin qanı bahasına işğal altındakı torpaqlarını azad etdiyi zaman İran hərbçiləri Azərbaycan dövlətinin suveren hüqunu kobud şəkildə pozaraq beynəlxalq birlik tərəfindən tanınan ərazilərimizə daxil olaraq ordumuzun sürətli yürüşünü əngələyək Ermənistan ordusuna toparlanmaq imkanı yaradıb". Hurriyyet.az-ın məlumatına görə, bunu politoloq Xaqani Cəfərli deyib.

Politoloqun sözlərinə görə, bunun nəticəsində Zəngilanın azad edilməsi geçikdiyi kimi, daha artıq şəhid vermişik: "Bundan başqa, İran kəşfiyyatı Araz vadisi boyu hücuma keçən Azərbaycan ordu birləşmələrinin ratsiya əlaqəsinə özünün radioelektron mübarizə vasitələri ilə müdaxilə edib, bölmələr arasında rabitə əlaqəsini əngəlləməyə çalışıb. Eyni zamanda, İran Araz çayı sahilində quraşdırdığı müasir radar və radioelektron mübarizə sistemləri vasitəsilə əldə edilən məlumatları Ermənistan silahlı qüvvələrinin baş qərargahına ötürüb".

Xaqani Cəfərli əlavə edib ki, daha sonra İran öz ərazisi üzərindən Ermənistana silah və hərbi texnikanın daşınmasını təmin edib: "Ən sonda da ermənilərə yardımını artıraraq Ermənistanı ayaqda tutmağa çalışan İran işğaldan azad edilən ərazilərimizlə sərhəddə iri miqyaslı hərbi təlim keçirərək dövlətimizə və xalqımıza hədə-qorxu gəlir. Molla rejiminin qardaşlıq anlayışı bundan ibarətdir".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az