Molla rejiminin Güney Azərbaycan məktəblilərinə qarşı zəhərli terror hücumu davam edir

Molla rejiminin Güney Azərbaycanda məktəblərə kimyəvi terror hücumu geniş vüsət alıb. Belə ki, aprelin 17-də Güney Azərbaycan şəhərləri də daxil olmaqla İranın ən azı 12 şəhərində məktəblərə kimyəvi terror hücumu və şagirdlərin zəhərləndirilməsi davam edib.
Güney Azərbaycanın Təbriz, Urmu, Kərəc, Bəykəndi, Saqqız və s. şəhərlərində, habelə İranın İsfahan, Sənəndəc, Kirmanşah, Mahdəşt, Dezful, Gilanqərb, Divandərə və digər şəhərlərində yüzlərlə orta məktəb şagirdinin zəhərləndiyi bildirilir.
Təbrizin “Asiman” orta məktəbində övladları zəhərlənən valideynlər məktəbin önünə toplaşaraq təcili yardım maşınını gözləyiblər.
Hadisədən sonra məktəbin müdiri şagirdlərə küçəyə çıxmağa icazə verməyib. Övladlarının vəziyyəti ilə bağlı məlumat ala bilməyən valideynlər etiraz ediblər.
Molla rejimi faktı gizlətməyə çalışdığı üçün zəhərlənmə haqda rəsmi açıqlama verilməyib və zəhərlənən şagirdlərin sayı açıqlanmayıb.
Qeyd edək ki, bu günədək 28 əyalətin 100 şəhərinin 250-dən çox məktəbində 5 mindən çox qız şagird zəhərlənib.
Ülviyyə, Hurriyyet.az
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya