Saat:04:53
Haqqımızda

MOLLA REJİMİ "KOLLEKTİV QƏRB"İN YAXIN ŞƏRQDƏKİ "POLİS  İDARƏSİ"DİR - Qəvami Sadıqbəyli yazır

2024-04-15 11:46:04

MOLLA REJİMİ

1 aprel 2024-cü  il  tarixində  Suriyanın  paytaxtı  Dəməşqdə bir neçə yüksək rütbəli İran hərbi komandirinin həlak olması ilə nəticələnən hücum təşkil olundu. İran rəsmiləri bu hücumu İsrailin həyata keçirdiyini bildirdi.
1 aprel zərbəsinə görə məsuliyyəti nə təsdiq, nə də təkzib edən İsrail  öz növbəsində ordusunun, hava və dəniz qüvvələrinin İranın pilotsuz uçuş apatlarının hücumunu izlədiyini elan etdi. 
ABŞ dövlət administrasiyası bəyan  etdi ki, "Vaşinqton İsrail xalqının yanında olacaq və onların İrandan gələn  təhdidlərə qarşı müdafiəsini dəstəkləyəcək”.
İsrailin  baş  naziri  Netanyahu  da  açıq  aşkar  bildirdi: “Biz  ABŞ-ın İsraillə  yanaşı dayanmasını, həmçinin Britaniya, Fransa və bir çox digər ölkələrin dəstəyini yüksək qiymətləndiririk”.

İsrailin  " Kanal 12 " televiziyası  xəbər  yaymışdı  ki, "İran İsrailə qarşı pilotsuz uçuş aparatlarının (PUA) üçüncü dalğasını buraxıb.  İranın  İsrailə doğru uçan bəzi pilotsuz təyyarələri Suriya səmasında ələ keçirilib".

İranın BMT-dakı  nümayəndəsi  də  elan  etdi  ki, "BMT  nizamnaməsinin 51-ci maddəsinə [ özünümüdafiə ] uyğun olaraq ,  İranın  həyata keçirdiyi hərbi əməliyyat;  sionist rejimin Dəməşqdəki diplomatik binalarımıza hücumuna cavab idi. İndi  məsələnin yekunlaşdığını güman etmək olar. Lakin İsrail rejimi növbəti səhvə yol verərsə, İranın reaksiyası daha sərt olacaq”.
Müşahidələr  göstərir  ki ,  üzdə   rəqib  kimi  görünən   İran  və  İsrail reallıqda "Kollektiv  Qərb"in  strateji proqramına  xidmət  edən "hərbi  teatr " səhnələrində  məharətlə  oynayırlar .
Əslində, nələr  baş  verir? 

Düşünürük ki:  böyük  güclərin  məqsədi  özlərinin  uzun  müddətə  hesablanmış   strateji  proqramlarını həyata  keçirməkdir. Məlumdur  ki, l  və  ll  Dünya  müharibələrindən  sonra  ölkələrin   əraziləri  yenidən  bölüşdürülmüşdür.
Böyük  güclər  - ABŞ, Böyük  Britaniya ,  Fransa , Rusiya  min  illər  Avroasiyanı  idarə  etmiş  türk xalqlarının  yenidən  birləşməsinə  imkan  vermirlər. Səbəb  sadə  və  aydındır. Türk  xalqları  birləşsə yenidən  dünyanən  ƏN  QÜDRƏTLİ  GÜC  MƏRKƏZİNƏ  çevrilə  bilər.
Bu  gün  dünyaya  nəzarət  edən  böyük  güclər, xüsusilə "KOLLEKTİV  QƏRB"   buna  yol  verməmək üçün    iki  dövləti - Avrasiyanın mərkəzində  yerləşən  İranı  gizli,  Yaxın  Şərqdə  yerləşən  İsrail  dövlətini  isə  açıq  şəkildə  müdafiə  edirlər.
 REGİONA  nəzarət  etmək  üçün  həmin  dövətlərdən  jandarma - polis  idarələri  kimi  istifadə  edirlər .
Arxalarında  "böyük  güclərin" dayandığını  bildikləri  üçün  İran  və  İsrail  özlərini  arxayın  hiss  edir , qonşuluqda  yerləşən  dövlətlərə  "XOX" gəlirlər .
Məlumat  üçün  bildiririk  ki, İranda  farslarla  yanaşı , azərbaycanlılar, ərəblər, kürdlər, bəluclar,  ermənilər, gürcülər, yəhudilər,  puştunlar  və  diğər  müxtəlif  xalqlar  da  yaşayır. Hazırda  İranda  yaşayan  AZƏRBAYCAN  TÜRKLƏRİNİN  sayı  35  milyon  nəfərdən  çoxdur. Azərbaycan  müharibə  olmasını istəmir. Lakin  biz  İran - molla  rejiminin    Azərbaycanımız  əleyhinə  apardığı   fəaliyyətinə  göz  yuma bilmərik. 
Rəsmi  Tehranın  islam  dini  adı    altında  ölkəmizin  müxtəlif  bölgələrində   gizli  təbliğat  apardığını bilirik. Reğonumuzda  davam  edən  İndiki  qarışıq  mərhələdə  İran təyyarələrinin  Ermənistana   hərbi texnika daşımasından da xəbərimiz  var .
Hesab  edirik  ki,  səhnələşdirilmiş  "hərbi  teatr " olsa  da, hər  ehtimala  qarşı  dövlətimiz   İsrail-İran qarşıdurmasının  uzanmasına  və  mümkün  fəsadlarına  qarşı  hazır olmalıdır .

Qəvami  SADIQBƏYLİ

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.217288