Moldovanın Baş naziri: "2028-ci ildə hazır olacağıq"

Hurriyyet.az xəbər verir ki, Moldova Respublikası 2028-ci ildə Avropa İttifaqına daxil olmağı planlaşdırır.
İyunun 4-də Moldovanın Baş naziri Dorin Reçan Avropa parlamentinin sədri Roberto Metsola ilə Brüsseldə görüşüb. Görüşün əsas mövzusu Kişinyovun apardığı islahatlar, Avropa qurumlarının ölkənin Aİ-yə daxil olması üçün göstərdiyi dəstək olub.
Reçan siyasi və maliyyə dəstəyinə, Moldova xalqının dinc və sabit gələcəyini inşa etməsində göstərdiyi etimada görə Avropa parlamentinə təşəkkürünü bildirib. O, Moldova Respublikasının iqtisadi inkişafının dəstəklənməsi planı çərçivəsində 1,9 milyard avro ayrılması qərarının əhəmiyyətini xüsusi qeyd edib.
"Rupor" portalının məlumatına görə, Dorin Reçan deyib: "2028-ci ildə Moldovanın Avropa İttifaqına daxil olmağa hazır olması üçün imkan daxilində hər şeyi edəcəyik. Hədəfimiz - təkcə dəstək almaq deyil, həm də Aİ-nin Avropa parlamentində təmsil edilən tamhüquqlu üzv olmasıdır".
Hürr Tərcüman
