Moldovadan “MDB-dən çıxmaq istəyirik” bəyanatı

2023-01-14 11:17:00

Moldovadan “MDB-dən çıxmaq istəyirik” bəyanatı

Ötən ilin martından Kişinyov qurumun tədbirlərində iştirak etmir

Moldovanın Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyinin (MİAEİ) rəhbəri Nikolay Popesku ölkəsinin MDB ilə əməkdaşlıqda heç bir maraq göstərmədiyini deyib: “Biz MDB-də Moldovanın marağına səbəb olacaq proseslər görmürük, görüşlərdə iştirak etmirik. Bu təşkilatın ölkəmiz üçün, biznesimiz üçün əhəmiyyəti getdikcə azalıb”. Nazir vurğulayıb ki, "Moldova üçün MDB ilə azad ticarət zonası 2014-cü ildən fəaliyyət göstərmir", çünki "Rusiya tərəfindən düzəlişlər edilib". Popesku xatırladıb ki, ötən ilin martından Kişinyov MDB-nin tədbirlərində iştirak etmir. “Kişinyov hazırda MDB çərçivəsində imzalanmış sazişlərin bir hissəsinin zəruriliyini təhlil edir. Müəyyən mərhələdə biz onların hansı elementlərinə hələ də ehtiyacımız olduğunu daha aydın başa düşəcəyik”, - deyə Popesku əlavə edib.

mol.jpg (124 KB)

Hurriyyet.az xəbər verir ki, Moldova Effektiv Siyasət İnstitutunun direktoru Vitali Andrievski “Vzqlyad” qəzetinə bu bəyanatı şərh edib. 

Politoloq deyib ki, Moldova gec-tez MDB-dən çıxacaq: “Rusiya da bütün diqqətini Avrasiya İqtisadi İttifaqına yönəltdiyi üçün bunu başa düşür. Hazırda MDB-dən çıxmaq təşkilat daxilində bağlanan azad ticarət sazişindən imtina demək olardı. Bu, Kişinyov üçün  uyğun deyil, çünki körpülərin belə köklü şəkildə dağıdılması Rusiya ilə əməkdaşlıqda yeni qaydalar demək olacaq. MDB çərçivəsində hazırda Moldova üçün faydalı olan bir çox başqa aspektlər də var. Mən pensiya və nəqliyyat müqavilələrindən danışıram. Buna görə də, təşkilatdan çıxmaq  Kişinyov üçün uyğun zaman deyil. Bu istiqamətdə mərhələli addımlar, prinsipcə, ona gətirib çıxara bilər ki, üç-dörd il ərzində ölkə MDB-dən çıxa biləcək”.

0k495eyrg9oi4mt07icpfb297zlhrfkp.jpg (591 KB)

Politoloqa görə, indi Moldova üçün prioritet təşkilat ölkələri ilə ayrıca ikitərəfli sazişlərin bağlanması olacaq: “Bu proses bir ay, hətta bir ilin işi deyil. Bu gün MDB-nin strukturunun heç bir perspektivi yoxdur. Rusiya da bunu başa düşür. Moskva indi bütün diqqətini Avrasiya İqtisadi İttifaqına  yönəldib, burada inteqrasiya baxımından işlər daha uğurla gedir”, - Andrievski bildirib.

Kənd Təsərrüfatı Nazirliyinin rəhbəri Vladimir Bolya isə  MDB-dən çıxmağın əleyhinə çıxış edib. O xatırladıb ki, Moldova kənd təsərrüfatı məhsullarının əhəmiyyətli hissəsini Birlik ölkələrinə ixrac edir və əlaqələrin qırılması böhranda olan iqtisadiyyat üçün başqa problemə çevriləcək. Eks-prezidenti İqor Dodon da deyib ki, Moldova MDB, Aİİ və Rusiya ilə sıx əməkdaşlıq etmədən yaşaya bilməz. Dodon bildirib ki, Sandu və onun Avropayönlü hökumətinin siyasəti artıq ona gətirib çıxarıb ki, aqrar-sənaye məhsullarının ixracatçıları satış bazarlarını itiriblər, Rusiyadan alınan qazın və digər enerji resurslarının qiymətləri artıb.

musavat.com


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.183292