“Moldovadakı etiraz aksiyaları birbaşa Rusiyadan maliyyələşir”

2022-11-21 22:41:00

“Moldovadakı etiraz aksiyaları birbaşa Rusiyadan maliyyələşir”

Hurriyyet.az “Ukrainskaya Pravda” nəşrinə istinadla xəbər verir ki, Moldova Prezidenti Mayya Sandu Parisdə Moldovaya dəstək üçün keçirilən beynəlxalq konfransdakı çıxışı zamanı paytaxt Kişinyov şəhərində keçirilən etiraz nümayişlərinin birbaşa Rusiya tərəfindən maliyyələşdirilən qruplar tərəfindən, ölkəsinin Avropa İttifaqı və Ukrayna ilə həmrəy olduğu üçün qisas məqsədi ilə təşkil edildiyini bəyan edib.

Sandu bütün bunlara rəğmən Ukraynanı dəstəkləməyə davam edəcəklərini bildirib.

Rusiyapərəst “Şor” partiyası artıq 10 həftəyə yaxındır ki, Kişinyov şəhərində etirazlar təşkil edir. Partiyanınü vləri və nümayəndələri prezidentin istefasını, parlamentin buraxılmasını və növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edirlər.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.000097