Moldovada ikinci cəbhə: “Guya sülhməramlılar üçün təhlükə mövcuddur”

2023-02-24 13:54:00

Moldovada ikinci cəbhə: “Guya sülhməramlılar üçün təhlükə mövcuddur”

“Rusiya-Ukrayna müharibəsinin uzanması ehtimalı, əlbəttə ki, gözlənilən idi. Doğrudur, Qərbdə rus ordusunun ildırım sürətiylə Kiyevi bir neçə günə işğal edəcəyi ilə bağlı müxtəlif informasiyalar var idi. Ancaq mən müharibənin başladığı ilk gündən əmin idim ki, bu xəmir bir xeyli su aparacaq”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Natiq Miri deyib.

Onun sözlərinə görə, ABŞ-ın əsas məqsədlərindən biri Rusiyanı Ukrayna müharibəsinə çəkməklə zəiflətmək və rus ordusunun gücünü yoxlamaq istəyi idi:

“Bu, bəlli olandan sonra artıq Rusiyanı tükəndirmək siyasəti həyata keçirilməyə başladı. ABŞ-ın Avropadakı mövqeləri prezident Donald Trampın dönəmində çox zəifləmişdi. Avropada yenidən güclənmək, eləcə də NATO-dakı bütün qüvvələri birləşdirmək üçün Ukrayna müharibəsinə ehtiyacı var idi və ABŞ buna nail oldu. Ona görə də "1 il müddətində qazanan kimdir" desək, "ABŞ-dır" demək olar. Bir də qlobal səviyyədə silah istehsal edənlər”.

Siyasi şərhçi hesab edir ki, Ukrayna müqaviməti bundan sonra da davam etdirəcək və bu kontektsdə Ukraynaya ciddi dəstək veriləcək:

“Artıq uzaqmənzilli raketlərin verilmə prosesi başlanıb, 700-ə qədər tank, eləcə də “F-16” və digər 4 və 5-ci nəsil qırıcıların verilmə məsələsi müzakirə predmetidir və müəyyən razılaşmaların olduğu bildirilir. Bu da onu göstərir ki, Rusiyanın səfərbərlik nəticəsində topladığı 300 minlik ordu qısa müddətdə tükəndirikdən sonra Ukrayna ən müasir silahlarla əks-hücuma keçəcək. Alınarsa, Xarkovda olduğu kimi, ildırımsürətli şəkildə rus ordusunu Rusiya sərhədlərinə qədər qova biləcəklər. Bu potensial var və fikrimcə, proseslər bu yöndə getsə, Ukrayna yay aylarında Krım sərhədlərinə çıxa bilər.

Amma Rusiyanın Belarusdan hücum etmə təhlükəsi hələ də mövcuddur. Yeni bir cəbhənin açılması əks-hücuma qədər mümkün olmayacaq.

Ukraynanın Moldovaya yardım etmə məsələsi Rusiya tərəfindən süni şəkildə ortaya atılıb. Guya Dnestryanıdakı rusiyalı sülhməramlıları üçün potensial bir təhlükə mövcuddur. Ola bilsin ki, Rusiyanın Moldovaya hərbi təcavüz etməklə bağlı hansısa gizli planları mövcuddur.

Moldovanın böyük ordusu yoxdur. Eyni zamanda, təchizat potensialı  böyük deyil. Sadəcə Moldova öz təhlükəsizliyini təmin etmək üçün bu məsələləri ciddi şəkildə beynəlxalq səviyyədə qabardır. Ən azı Qərb tərəfindən müdafiə olunması üçün...”


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.159269