Saat:03:03
Haqqımızda

Moldovada fövqəladə vəziyyət elan edildi

2022-01-20 17:13:00

Moldovada fövqəladə vəziyyət elan edildi

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Moldova Parlamenti ölkədəki təbii qaz böhranı səbəbindən bu gündən etirabən 60 günlük fövqəladə vəziyyət elan edib. Moldovanın Baş nazirinin müavini Andrey Spınu 17 yanvar tarixindəki açıqlamasında “Qazprom”dan alınan təbii qazın qiymətinin ötən ay əvvəlki ayla müqayisədə 44 faiz artdığını və hazırda qüvvədə olan razılaşmanın müzakirə edilməli olduğunu bildirmişdi. “Qazprom” isə yazılı açıqlamasında müqavilənin şərtlərində heç bir dəyişiklik olmayacağını və borcların 20 yanvar tarixinə qədər ödənilməyəcəyi təqdirdə təbii qaz nəqlinin dayandıralacağını bildirmişdi.

2021-ci ildə də Moldova ilə “Qazprom” arasında baş vermiş böhran zamanı da respublikada fövqəladə vəziyyət elan edilmişdi.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR