Moldova: Rusiya ilə dialoqu dayandırdıq!

2022-06-02 09:07:00

Moldova: Rusiya ilə dialoqu dayandırdıq!

Moldova 24 fevraldan sonra Rusiya ilə siyasi dialoqu praktiki olaraq kəsib.

Hurriyyet.az xəbər verir ki, bu sözləri Moldova xarici işlər və Avropaya inteqrasiya naziri Niku Popesku deyib.

"Ukraynadakı hərbi əməliyyatlardan sonra Rusiya ilə siyasi dialoq praktiki olaraq kəsilib. Amma dialoq diplomatik səviyyədə davam edir. Rusiya səfirliyi Moldovada işini davam etdirir, mesaj mübadiləsi edirik. Dövlət katibi ilə səfir arasında qarşılıqlı əlaqə var. Bu, hazırda Rusiya ilə münasibətlərimizin parametrləridir”, - o bildirib.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya