Moldova Prezidenti: “Rusiyapərəst qüvvələr hökuməti devirmək istəyirlər”

2022-07-30 23:45:00

Moldova Prezidenti: “Rusiyapərəst qüvvələr hökuməti devirmək istəyirlər”

“Moldovodakı rusiyapərəst qüvvələr hökuməti devirmək istəyirlər”.

Bunu Moldova Prezidenti Maya Sandu Rumıniya mətbuatına müsahibəsində bildirib.

Onun sözlərinə görə, vahid cəbhə kimi çıxış edən rusiyayönümlü qüvvələr, kriminal və korrupsioner qruplar Moldova hökumətindən qurtulmağı, eləcə də islahatlar proseslərini və məhkəmə sistemini dayandırmağı seçiblər.

Bundan əvvəl Sandu bildirib ki, Rusiya Kişinyova hərbi təhlükə törədərsə, ölkə hakimiyyəti yardım üçün qonşu Rumıniyaya müraciət edəcək. \\Report


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.054900