Saat:04:08
Haqqımızda

Moldova Prezidenti: "Mən rumınam - nənəmin də, babamın da pasportunda belə yazılıb"

2024-05-07 15:26:13

Moldova Prezidenti:

Hurriyyet.az xəbər verir ki, Moldova Prezidenti Mayya Sandu özünü rumın hesab elədiyini bildirib.
Sandu mətbuata açıqlamasında Rumıniya pasportu almağa onu özünü tanımaq məsələsinin sövq elədiyini deyib: "Mənim nənəmin də, babamın da rumın pasportları olub. Mənim üçün də rumın pasportuna malik olmaq mühüm idi. Özünü dərk etmək mənasında".
Moldova Prezidentinin sözlərinə görə, moldovanların 1 milyon nəfərə yaxının - təqribən ölkə vətəndaşların üçdə birinin -  Moldova pasportları var.  Sandu bir sıra partiyaların irəli sürdüyü Rumıniya ilə birləşmək ideyasına münasibəti ilə bağlı suala cavab verməkdən yayınıb.
SSRİ-nin süqutundan sonra Moldova müstəqilliyini elan edib. Lakin qonşu Rumıniyanın siyasətçiləri Moldovanı öz ölkələrinin ərazisi hesab edirlər və birləşmək ideyasını dəstəkləyirlər. Buxarest Kişinyovun Runıniya ilə birləşməsi siyasətini təbliğ edən siyasi partiyaları dəstəkləyir. Moldova hakimiyyəti isə bu prosesilərin baş verməsini razılıq əlaməti olan susqunluqla qarşılayır. İctimai rəy sorğularının nəticələri Rumıniya ilə birləşmək ideyasının əhali arasında böyük dəstək qazanmadığını göstərir. 
Moldova ilə Aİ arasında vizasız rejim qüvvəyə minənə qədər Rumıniya pasportu ölkədə populyar olub - səbəb Avropaya getmək və orada işləmək imkanını asanlaşdırması idi.
Rumıniya pasportunun Moldovada verilməsi prosesi maksimal dərəcədə sadələşdirilib. 
Xatırladaq ki, 2023-cü ilin mart ayında Prezident Mayya Sandu parlamentin dövlət dilinin adının Moldova dilindən rumın dilinə dəyişdirilməsi ilə bağlı qərarını təsdiq edib.
Hürr Tərcüman

Moldova and Romania foreign passports — Stock Photo ©  vadim.ungureanu.v.gmail.com #172180840

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.184556