Moldova prezidenti Maya Sandu: “Biz birlikdə daha güclüyük”

2021-07-19 14:33:00

Moldova prezidenti Maya Sandu: “Biz birlikdə daha güclüyük”

“2021-ci ildə Batumi konfransı çərçivəsində Gürcüstan prezidenti Salome Zurabişvili, Ukrayna prezidenti Vladimir Zelenski və Avropa Şurasının prezidenti Şarl Mişel ilə Batumidə görüşəcəyim günü səbirsizliklə gözləyirəm”, deyə Moldova prezidenti Maya Sandu Twitter səhifəsində yazdı.

Onun sözlərinə görə, iclasda tərəflər Moldova, Gürcüstan, Ukrayna arasında üçtərəfli münasibətlərin gücləndirilməsi və Şərq tərəfdaşlığının gələcəyini müzakirə edəcəklər.

“Biz Moldova, Gürcüstan və Ukraynanın üçtərəfli münasibətlərini necə gücləndirəcəyimizi, eləcə də Şərq tərəfdaşlığının gələcəyini müzakirə edəcəyik, birlikdə daha güclüyük” deyə Moldova Prezidenti yazdı.

“Apsny.ge”

Hazırladı: Ülviyyə Şükürova