Moldova başqa dövlətin ərazisinə çevrilə bilər?

2022-04-28 17:21:00

Moldova başqa dövlətin ərazisinə çevrilə bilər?

Moldova Prezidenti açıqlama verdi

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Moldova Prezidenti Mayya Sandu ölkəsinin Rumıniya ilə birləşməsi və NATO alyansına daxil olması ehtimalından danışıb.

Mayya Sandu JurnalTV kanalına müsahibəsində bəyan edib ki, Rumıniya ilə birləşmək və NATO-ya daxil olmaq məsələlərini respublika vətəndaşları özləri həll eləməlidirlər.

Sandu jurnalistin sualının cavabında deyib: “Belə sualları vətəndaşlara ünvanlamaq lazımdır. Bu, yalnız xalqın dəstəyi ilə baş verə bilər. Xalq bunu istədiyini söyləyəndə, bu, baş verəcək. Xalq, yaxud da əhalinin əksəriyyəti bunu istəmədikcə, bu olmayacaq”.

Sandu NATO hərbi ittifaqına daxil olmaq məsələsində də respublika vətəndaşlarının qərarının əsas olduğunu bildirib: “Cavab eynidir – qərar sahibi vətəndaşlardır. Bu, Konstitusiyaya səs verən vətəndaşların qərarı idi. Bu gün keçirilən sorğularda biz əhalinin əksəriyyətinin həmin məsələ ilə bağlı mövqeyinin necə olduğunu görə bilərik”.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya