Moldova Azərbaycan qazına keçməyə hazırdır

2022-09-15 14:12:00

Moldova Azərbaycan qazına keçməyə hazırdır

Hurriyyet.az xəbər verir ki, Moldova Prezidenti Mayya Sandu TV8 kanalına müsahibəsində Azərbaycanla qaz tədarükü ilə bağlı danışıqlar aparıldığını bildirib.

Sandu deyib: “Alternativ qaz mənbələri tapmaq çətin deyil. Çətin olan sərfəli qiymətə qaz tapmaqdır. Hökumət Rumıniya və Azərbaycan ilə danışıqlar aparır. Texniki baxımdan bu, mümkündür, bu qaz Moldovanın bütün rayonlarına çata biləcək. Amma yenə də hər şey qiymətdən asılıdır”.

Moldovanın Baş nazirinin müavini Andrey Spinu bir müddət əvvəl açıqlamasında bildirmişdi ki, Moldova hər il təxminən 3 milyard kubmetr qaz istehlak edir və ildə 1-3 milyard kubmetr diapazonda qaz alınması üçün müqavilə imzalamaq istəyir.

Hazırda ölkənin 35 milyon kubmetr qaz ehtiyatı var, lakin qışda bu həcm maksimum on günə bəs edəcək.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.057487