“Moldova ağır qışdan yalnız tərəfdaşların yardımı ilə çıxa bilər”

2022-11-22 16:46:00

“Moldova ağır qışdan yalnız tərəfdaşların yardımı ilə çıxa bilər”

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Moldova Prezidenti Mayya Sandu ölkəsinin ağır qışı yalnız tərəfdaşların dəstəyi ilə keçirə biləcəyini söyləyib.

Sandu bu sözləri Parisdə keçirilən Moldovaya dəstək platformasındakı çıxışında deyib. O, ölkəsinin dramatik enerji böhranı, iqtisadiyyatın zəifləməsi və 35 faizlik inflyasiya ilə qarşılaşdığını qeyd edib: “Bütün bu faktorlar ev təsərrüfatlarına və biznesə kəskin təsir edir. Bizim ümümdaxili məhsulumuz müharibədən əvvəlki proqnozlardan 8 faiz aşağı olacaq. Sərt qışa hazırlaşırıq. Moldova həm də kəskin enerji böhranı ilə qarşılaşıb. Müharibə elektrik enerjisi və qazın tədarükünü təhdid edir. Evlərimizi isitmək və işıqlandırmaq üçün yetərincə həcmdə enerji əldə edə biləcəyimizə əmin deyilik. Hətta buna nail olsaq belə, qiymətlər vətəndaşlarımız və iqtisadiyyatımız üçün münasib deyil. Bilirəm ki, Avropada hamı enerji üçün çox yüksək məbləğ ödəyir. Lakin həmin qiymətlər bizim ölkəmiz və vətəndaşlarımıza olduqca çox dağıdıcı təsir göstərir”.

Moldova tədbirdə iştirak edən tərəfdaş dövlətlərə həmrəylikləri və dəstək vəd etdikləri üçün təşəkkürünü bildirib. Sandu deyib: “Çox sayda böhranlarımızın öhdəsindən gəlmək üçün artıq öz dəstəyini göstərmiş dostlarımıza minnətdaram. Qış ağır keçəcək, qarşıdakı illərdə də çətin olacaq. Ukrayna üçün. Moldova üçün. Avropa üçün. Bu qış biz məişət istehlakçılarına daha çox ünvanlı kompensasiya ödəməliyik ki, enerji daşıyıcılarının yüksək qiymətlərinin yaratdığı şoku bir qədər yumşaldaq. Biznes üçün antiböhran tədbirləri də görülüb. Buna görə də yaxın aylarda sizin yardımınız həyati əhəmiyyətə malik olacaq”.

Sandu “Avropa inteqrasiyası yolunda irəliləmək və enerji dayanıqlılığını artırmaq üçün hökumətin islahatları reallaşdırmağa davam edəcəyini” də söyləyib.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.120648