Modi: "Mən dostum prezident Vladimir Putinlə bölüşməyi səbirsizliklə gözləyirəm"

Hindistanın baş naziri Narendra Modi Moskvaya yola düşməzdən əvvəl özünün dediyi kimi, “dostu” Rusiya prezidenti Vladimir Putinlə görüşü səbirsizliklə gözləyir.
"Mən dostum prezident Vladimir Putinlə ikitərəfli əməkdaşlığın bütün aspektlərini nəzərdən keçirməyi və müxtəlif regional və qlobal məsələlər üzrə perspektivləri bölüşməyi səbirsizliklə gözləyirəm", - Modi Hindistan Xarici İşlər Nazirliyinin saytında dərc olunan bəyanatında qeyd edib.
Modi 22-ci illik ikitərəfli sammit üçün Rusiyaya rəsmi səfərə başladığına diqqət çəkib.
Hindistan və Rusiya arasında xüsusi və imtiyazlı strateji tərəfdaşlıq son on ildə enerji, təhlükəsizlik, ticarət, investisiya, səhiyyə, təhsil, mədəniyyət, turizm və insanlar arasında mübadilə sahələrində inkişaf edib.
"Səfər həm də mənə Rusiyadakı canlı hind icması ilə görüşmək imkanı verəcək", - Modi əlavə edib.
