Saat:19:17
Haqqımızda

“Moderna” peyvənd şirkətindən açıqlama: “İndiki vaksin Omikrondan tam müdafiə etməyəcək”

2021-11-30 14:05:00

“Moderna” peyvənd şirkətindən açıqlama: “İndiki vaksin Omikrondan tam müdafiə etməyəcək”

Hurriyyet.az “Haber Qlobal” kanalına istinadən xəbər verir ki, dünyanın məşhur peyvənd istehsalçılarından olan “Moderna” şirkətinin baş direktoru Stefan Bansel yeni tipli koronavirusun Omikron adlandırılmış yeni ştammından bəhs edərkən deyib: “Mövcud peyvəndin yeni ştammdan müdafiə edib-etmədiyini bilmək üçün azı iki həftə vaxt lazımdır. Omikron ştammının mutasiyalarının çox olduğu nəzərə alınsa, bütün vaksinlərin effektinin getdikcə azalacağı ehtimalı yüksəkdir. Buna görə də hazırda itifadə edilən peyvəndlərin gələn il modifikasiya edilməsi lazım gələ bilər. Hazırda istifadə edilən peyvəndlərin yeni variant ilə Delta variantı ilə eyni səviyyədə müdafiə edəcəyini söyləmək çətindir”. Amerikanın dərman şirkətinin başçısı İngiltərənin “Faynenşl Tayms” (Financial Times) nəşrinə müsahibəsində bildirib ki, Omikronun nə dərəcədə yoluxucu olduğunu müəyyənləşdirmək üçün ayyarım vaxt lazım olacaq. 

Bansel Omikton variantının 32-50 mutasiyasının olmasının alimlər arasında narahatlıq doğurduğunu söyləyib. 

“Moderna” şirkətinin baş direktoru Stefan Bansel Omikrona qarşı yeni peyvəndlərin istehsalından danışarkən deyib: “Bir milyard dollar peyvəndi nə “Moderna”, nə də “Pfizer” gələn həftə üçün hazırlaya bilməz. Heç bir riyazi hesablama bunu mümkün edə bilməz. Lakin gələn yaya qədər bir milyard doza peyvənd istehsal edə bilərik”.

“Pfizer” şirkətinin baş direktoru Skott Qottlib isə öz açıqlamasında deyib: “Üç doza ilə lazımi təhlükəsizliyi təmin etmək mümkündür. Bizim fikrimizcə, üç doza peyvənd olanlar bu varianta qarşı yaxşı müdafiə qabiliyyətinə malikdirlər”.

Türk həkimlər Özlem Türeci ilə Uğur Şahinin fəaliyyət göstərdikləri “BioNTech” alman şirkəti 100 gün ərzində yeni peyvəndin istifadəyə hazır olacağını bəyan edib.

Hürr Tərcüman

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR