“Modellik elə sənətdir ki, hər kəsin önündə çılpaq olmağa hazır olmalısan” – Səmra

2022-08-04 21:47:00

“Modellik elə sənətdir ki, hər kəsin önündə çılpaq olmağa hazır olmalısan” – Səmra

Son günlər açıq-saçıq geyimləri və yeni fotosessiyası ilə gündəm olan tanınmış model Səmra Hüseynova Medianews.az-ın suallarını cavablandırdı.

 

Hər zaman qalmaqallı açıqlamaları və paylaşdığı fotolar ilə gündəm yaradan Səmra Hüseynovanın müsahibəsini tədim edirik:

 

-Paylaşdığınız dəniz geyimləri və fotosessiyalarınız gündəmə çevrilir. Yazılan xəbərlər, şərhlər sizi narahat edirmi?

 

-Mən modeləm. Sənətimə görə sağlamlığıma da zərər dəyib. Sənətimi o qədər sevirəm ki, kimsə ona ləkə atanda həmin insanı parçalmaq istəyirəm. Əgər mən açıq fotomu paylaşıramsa bu məni narahat etmir. Kimsə bunu gündəmə gətirməyə çalışırsa bu mənim vecimə də deyil.

 

– Haqqınızda yazılan neqativ rəylər sizi heçmi narahat etmir?

 

– Adı üstündə modeləm. Model hər zaman özünü reklam etməyi bacarmalıdır, gündəmdə olmalıdır, seçilməlidir. Əgər kimsə düşünürsə ki, model soyunub, lüt şəkil çəkdirir o insanın beyni mənim beynim işlədiyi qədər çalışmır və model sənətindən anlayışı yoxdur. Bu tip insanlara nəyisə izah edə bilmərəm.

 

Çünki onların beyni o qədər işləyir. Həmin insanlar mənim səviyyəmə uyğun deyil. Model soyuna da bilər, lüt çəkilə də. Çünki bu müqaviləmin əsasında mənə gələn sifarişdir. Mənə kimsə sifariş edirsə ki, sizi atın üzərində çılpaq görmək istəyirəm, mən əlbəttə razılaşmalıyam. İlk olaraq bu mənim sənətimdir.

 

Sənətimdən utanmıram. Məni rəssam da, heykəltaraş da lüt görə bilər. Modellik elə sənətdir ki, hər kəsin önündə çılpaq olmağa hazır olmalısan.

 

 

– Açıq -saçıq fotolarınızla izləyicilərinizə göndərmək istədiyiniz ismarış varmı?

 

– Mən paylaşmışdım ki, əyləncə zamanı dəniz kənarındayam. Yəni ismarış verməyə çalışırdım ki, dəniz kənarında belə azadam. Bikinini göstərmək o demək deyil ki, Səmra əxlaqsızlıq edib. Uşaqlıqdan anam məni açıq geyindirib. Düşünüb ki, gözəlliyə, sənətə baxmaq lazımdır. Mənim bədənim 90-60-90-dırsa niyə də insanlar ona baxmasın. Çünki mən özümlə qüruru duyuram.

 

– Əksər modellərimiz “Miss Azərbaycan” gözəllik müsabiqəsində qalib olduqdan sonra unudulurlar. Sizcə burda günah kimdədir?

 

– Miss Azrbaycan 2019-un qalibi olmaq o demək deyil ki, mən model sənətini ata bilərəm. Xeyr.

 

– Açıq-saçıq fotolarınızın altından mənəvi dəyərlərimizi, mentalitetimizi xatırladan insanlara necə cavab verirsiniz?

 

– Mentalitetimi də, mənə burada yaradılan azadlığımı da çox sevirəm. Həyatımda ilk dəfə heç azad olmadığım qədər əyləncə mərkəzində azad olmuşdum və o şəkilləri paylaşmışdım. Xaricdə olanda diqqət edirdim ki, insanlar çılpaq qadına ehtiras gözü ilə baxmır. Mən bunu çox sevirəm. Heyvan hissi ilə baxmır. Bir qadını lüt görmə instinqi kimi baxan insanın düşüncəsi sıfırdır. Buna görə də şərhləri oxumuram. Özüm elə bir şərait yaradıram ki, haqqımda danışılsın. Bu mənə çox ləzzət edir. Bununla o insanları da öyrəşdirmiş oluram.

 

Mən Top və Super modeləm. Gözəl iş təkliflərini dəyərləndirirəm və bununla pul qazanıram. Məncə çox gözəldir ki, toxunulmadan milyonlarla insanın qabağında çılpaq olursan. Kimsə də gəlib sənə toxunmur. Mən modeləm deyib, bağlı geyinə bilmərəm. Bu hərəkəti edib, gizlində 100 kişinin yanında açıq olmaqdansa… Belə olmaq daha gözəldir. Özümlə fəxr edirəm.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.059723