Saat:15:29
Haqqımızda

"Mobil internetin ucuzlaşmasının yollarını tapmaq lazımdır" - RÖVŞƏN AĞAYEV

2022-01-28 13:27:00

"Onlayn təhsilin, elektron xidmətlərin qaçılmaz reallığa çevrildiyi müasir şəraitdə internetsiz kəndlərin sayı həddən artıq çoxdur"

"Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini bildirib ki, hazırda 700 yaşayış məntəqəsində internet mövcud deyil. Güman ki, bu problem şəhərlərə aid deyil. Eyni zamanda, səslənən rəqəmin işğaldan azad edilmiş əraziləri də əhatə etmədiyini güman etmək olar. Həmin əraziləri nəzərə almasaq, ölkədə kənd və qəsəbələrindən ibarət 3700 yaşayış məntəqəsi var". Hurriyyet.az xəbər verir ki, bunu iqtisadçı ekspert Rövşən Ağayev bildirib.

İqtisadçı ekspertin sözlərinə görə, nazir müavininin dediyi rəqəmdən çıxış etsək, deməli kəndlərimizin 20%-nin internetə çıxışı yoxdur: "Onlayn təhsilin, elektron xidmətlərin qaçılmaz reallığa çevrildiyi müasir şəraitdə internetsiz kəndlərin sayı həddən artıq çoxdur. Hökumət bu problemi başqa cür də yoluna qoya bilər. Hazırkı çox bahalı mobil internetin ucuzlaşmasının yollarını tapmaq lazımdır. Mobil interneti çalışıb su qiymətinə etmək lazımdır. Bu halda ucqar, əhali sıxlığı az olan, heç bir provayedr üçün iqtisadi baxımdan səmərəli olmayan çox bahalı genişzolaqlı ənənəvi internet infrastrukturu da yaratmağa ehtiyac qalmayacaq".

"Nazir müavininin dediyi bir məqam da diqqətimi çəkdi: özəl provayderlər həmin ərazilərdə işləməyə maraqlı deyillər" deyən Rövşən Ağayev hesab edir ki, onların bunda maraqlı olamamamaları təbiidir: "Bölgələrdə həyat standartlarının çox aşağı olduğu, az qala natural təsərrüfat münasibətlərinin hökm sürdüyü ərazilərdə xidmət iqtisadi cəhətdən səmərəsizdirsə, hansı özəl müəssisə maraqlı olacaq? Bölgələrimiz, xüsusən kəndlərimiz iqtisadi baxımdan çox geridir".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR