Saat:13:18
Haqqımızda

MM-də yeni yaradılacaq parlamentlərarası işçi Qruplarının rəhbərləri bəlli olub

2022-12-02 10:27:00

MM-də yeni yaradılacaq parlamentlərarası işçi Qruplarının rəhbərləri bəlli olub

Milli Məclisin parlamentlərarası əlaqələr üzrə yeni işçi qruplarına rəhbər seçiləcək deputatların adları məlum olub.

Hurriyyet.az-ın xəbərinə görə, bu barədə "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Milli Məclisin qərarında dəyişikliklər edilməsi barədə” qərar layihəsində əksini tapıb.

Layihəyə əsasən, deputat Aydın Hüseynovun namizədliyi Azərbaycan-Banqladeş, Elşən Musayevin namizədliyi Azərbaycan-Burundi, Rəşad Mahmudovun namizədliyi Azərbaycan-Efiopiya, Afət Həsənovanın namizədliyi Azərbaycan-Honduras parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbər seçilməsi ilə bağlı irəli sürülüb.

olke.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR