"Mixail Saakaşvilinin həyatı təhlükədədir" - XAQANİ CƏFƏRLİ

2022-12-28 13:12:00

"Rusiyalı məşhur hüquq müdafiəçisi Mark Feyqin və Ukrayna prezidentinin müşaviri Aleksey Arestoviç Saakaşviliyə dəstək üçün beynəlxalq aksiya elan ediblər"

"Gürcüstanın üçüncü prezidenti, bu ölkədə həyata keçirdiyi islahatlarla bütün postsovet məkanında bədnam sovet irsinə ağır zərbə vuraraq çağdaş cəmiyyət quruculuğu prosesinə ən böyük töhfə vermiş Mixail Saakaşvilinin həyatı təhlükədədir". Hurriyyet.az xəbər verir ki, bu fikirlər politoloq Xaqani Cəfərliyə məxsusdur.

Politoloq qeyd edib ki, rusiyalı məşhur hüquq müdafiəçisi Mark Feyqin və Ukrayna prezidentinin müşaviri Aleksey Arestoviç Mixail Saakaşviliyə dəstək üçün beynəlxalq aksiya elan ediblər: "Arestoviç və Feyqin Saakaşvilinin taleyinə biganə olmayanları yanvarın 4-də Gürcüstanın dünyanın müxtəlif ölkələrindəki səfirliklərinin önünə çıxaraq Saakaşviliyə azadlıq tələb etməyə çağırıblar".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.140112