MİT Suriyada HƏRƏKƏTƏ KEÇDİ: Yayla Kızılkaya ÖLDÜRÜLDÜ - FOTO
2024-12-19 14:13:32

Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) Suriyada antiterror əməliyyatı keçirib.
Hurriyyet.az xəbər verir ki, bu barədə “Haberler.com” saytı məlumat yayıb.
Əməliyyat nəticəsində PKK/PAJK terror təşkilatının Cəzirə bölgəsi üzrə “rəhbəri”, “Nesrin Ahmed” kod adlı Yayla Kızılkaya Qamışlı bölgəsində zərərsizləşdirilib.
Təhlükəsizlik mənbələrindən əldə edilən məlumata görə, MİT 14 yaşında PKK-nın kənd kadrlarına qoşulan Yayla Kızılkayanı Türkiyə, İraq və Suriyadakı silahlı fəaliyyətlərinə görə hədəf siyahısına daxil edib.
Kızılkaya Suriyada PKK-nın qadın kadrlarının idarə olunması ilə məşğul olub. Həmçinin, o, suriyalı qadınlara yönəlmiş ideoloji fəaliyyətlərin ümumi koordinasiyasına da cavabdeh olub.
Musavat.com
