Mişustin İrəvana gedəcək
2024-09-30 10:52:46
Rusiyanın baş naziri Mixail Mişustin oktyabrın 1-də Ermənistana işgüzar səfərə gedəcək.
Hurriyyet.az xəbər verir ki, o, Avrasiya Hökumətlərarası Şurasının 40-cı iclasında və Avrasiya İqtisadi Forumunun plenar iclasında iştirak edəcək.
Bundan əlavə, Aİİ ölkələrinin baş nazirlərinin 2030-cu ilə qədər Aİİ çərçivəsində sənaye əməkdaşlığı sahələrini nəzərdən keçirəcəkləri gözlənilir.
Payız iclasları ənənəvi olaraq Ermənistanda keçirilir və Mişustin 2020-ci ildə baş nazir təyin olunduqdan sonra hər il iclaslarda iştirak edir. Şuranın sonuncu iclası iyun ayında Nesvijdə (Belarus) keçirilib./yenisabah.az/