Saat:12:13
Haqqımızda

Misirdə matəm elan edildi

2021-09-21 16:48:00

Misirdə matəm elan edildi

Misir Prezidenti Əbdül Fəttah əl-Sisi feldmarşal Məhəmməd Hüseyn Tantavinin dünyasını dəyişməsi ilə əlaqədar olaraq ölkədə matəm elan edib.

Hurriyyet.az xəbər verir ki, bu barədə məlumatı “Ahram” yayıb. Bildirilir ki, feldmarşal bu gün 85 yaşında dünyasını dəyişib.

Misir Prezidentinin sözlərinə görə, Tantavi ən çətin şərtlərdə ölkəni müdrikliklə idarə edib və Misirin mühafizə edilməsində açar rol oynayıb.

Qeyd edək ki, Tantavi 2011-ci ildə keçmiş Prezident Hüsni Mübarəkin hakimiyyəti tərk etməsindən sonra Silahlı Qüvvələrin Ali Şurasının sədri qismində Misirin Prezidenti vəzifəsini icra edib.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR