Misir Mərdanov AMEA-dan nələr dedi? - “Yanvarın 1-dən birbaşa..."

2023-01-11 21:14:00

Misir Mərdanov AMEA-dan nələr dedi? - “Yanvarın 1-dən birbaşa...

Azərbaycan Respublikası Prezidentinin 28 iyul 2022-ci il tarixli Fərmanı ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmi müəssisə və təşkilatları Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib.

Bunun üçün aidiyyəti qurumlara 3 ay vaxt verilib. AMEA-nın tərkibində fəaliyyət göstərən institutların yanvar ayının 1-dən nazirliyin tabeliyinə keçirilməsi gözlənilirdi.

Bununla bağlı Cebhe.info-ya danışan Riyaziyyat və Mexanika İnstitutunun Baş direktoru, sabiq təhsil naziri Misir Mərdanov akademiya ilə əlaqələrin saxlanılacağını bildirib:

“Yanvarın 1-dən birbaşa Elm və Təhsil Nazirliyinə keçmişik. Eyni zamanda, Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti ilə də əlaqələrimiz davam edəcək”.

O, institutda hələlik heç bir struktur dəyişikliyinin olmadığını deyib.

Günay Şahmar

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.157737