Saat:05:28
Haqqımızda

“Misir dövləti düz eləyib” – Şeyx Əbdül

2022-08-13 16:26:00

“Misir dövləti düz eləyib” – Şeyx Əbdül

Misirdə qəribə qərar verilib. Bundan sonra misirli qadınlar ərlərinin telefonunu izləyə və yaxud qarışdıra bilməyəcəklər. Bu qaydaları pozan qadınlar hüquqi məsuliyyət daşıyacaqlar.

Hurriyyet.az xəbər verir ki, Xalq artisti Əbdül Mahmudov Misir dövlətinin bu qərarını alqışladığını bildirib:

“Mobil telefonlar ailələrin dağılmasının, gənclərin yüngül həyat yolu seçməsinin bir nömrəli səbəbkarıdır. Bizim təfəkkürümüz müasir texnoloji inkişafla ayaqlaşmır. Bizim təfəkkürümüz çox geri qalıb. Acınacaqlı vəziyyətdəyik.

Ana 2 uşağını və ailəsini atıb telefonla tanış olduğu bir adamın yanına qaçırsa, gənc qız firavan həyat eşqi ilə tanımadığı bir oğlanla yola çıxırsa, oğul xəstə ata-anasını atıb yaxından tanımadığı qızın yanına gedirsə, bunun yeganə səbəbi mobil telefondur. Ona görə də Misir dövləti düz eləyib”.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR