Mişel İrəvanda şərtləri açıqladı: Dəhliz, mina xəritəsi və “status”...

2021-07-17 16:30:00

Mişel İrəvanda şərtləri açıqladı: Dəhliz, mina xəritəsi və “status”...

Bölgədə sabitlik və firavanlıq yaratmaq üçün qısa, orta və uzun müddətdə müzakirə edilməli olan dörd mövzunu görürük.

Axar.az xəbər verir ki, bunu Avropa Şurası prezidenti Şarl Mişel deyib.

"Birincisi, təmkinli ritorikadır. Aqressiv sözlərdən çəkinmək lazımdır. Bundan başqa, hərbi əsirlərin geri qaytarılması və minalanmış ərazi xəritələrinin veriləcəyinə ümid edirəm.

İkinci məsələ sərhəd delimitasiyasıdır. Bunun danışıqlar yolu ilə həll olunacağına ümid edirəm.

Üçüncü məqam, xüsusilə nəqliyyat məsələsində (nəqliyyat dəhlizi və kommunikasiyaların açılması nəzərdə tutulur – red.) mümkün əməkdaşlığın müzakirəsidir.

Dördüncü məqam Qarabağın “status”u və sülh məsələsidir", - deyə Mişel bildirib.

O, eyni zamanda ölkənin qarşısında duran prioritet vəzifələrin icrası üçün Ermənistana 2,6 milyard dollar ayırmağa hazır olduqlarını bildirib.

Qeyd edək ki, Şarl Mişel ötən gündən İrəvandadır. O, Bakıya sabah gələcək.