Saat:20:20
Haqqımızda

"Mirzoyanın səsləndirdiyi fikirlər Ermənistanın marionetka olduğunun bariz nümunəsidir" - ZAUR MƏMMƏDOV

2022-05-19 16:05:00

"Ermənistanın son addımları Laçın dəhlizinin bağlanmasına və Azərbaycan - Ermənistan sərhəd xəttinin hərbçilərimiz tərəfindən "çəkilməsinə" səbəb ola bilər"

"Ermənistanın baş naziri Nikol Paşinyanın son bir ayda iki dəfə işçi qrupunun görüşünün vaxtını uzatması Avropa İttifaqı tərəfindən xoş qarşılanmamalı, Şarl Mişel tərəfindən müvafiq "qiymətə" layiq görülməlidir". Hurriyyet.az xəbər verir ki, bunu Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov qeyd edib.

Bakı Politoloqlar Klubunun rəhbəri həmçinin, bildirib ki, dünən Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Minsk qrupu və statusla bağlı səsləndirdiyi fikirlər bu dövlətin marionetka olduğunun bariz nümunəsidir: "Əgər daha bir müddət də danışıqlardakı öhdəliklərə əməl edilməsə, Laçın yolu məsələsi gündəmə gətirilə binər".

Politoloq hesab edir ki, Ermənistanın son addımları Laçın dəhlizinin bağlanmasına və Azərbaycan - Ermənistan sərhəd xəttinin hərbçilərimiz tərəfindən "çəkilməsinə" səbəb ola bilər.

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR