Saat:20:35
Haqqımızda

Mirzoyan Hindistana niyə gedir? Səbəbini açıqladı

2025-03-10 11:01:44

Mirzoyan Hindistana niyə gedir? Səbəbini açıqladı

Hurriyyet.az xəbər verir ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan "yeni əməkdaşlıq yolları axtarmaq üçün" martın 10-da Hindistana rəsmi səfər edəcək. Bu barədə "Armenpress" nəşrinə Ermənistan XİN məlumat verib.
Mirzoyan hindistanlı həmkarı Subramanyam Caişankar ilə görüşəcək, həmçinin, Hindistan Beynəlxalq Məsələlər Şurasında (ICWA) olacaq.
Miroyan səfər ərəfəsində deyib: "Bu səfər çox simvolik məqama təsadüf edir. Bu il ölkələrimiz arasında dostluq və əməkdaşlıq müqaviləsinin imzalanmasının 30 ili tamam olur. Nyu-Dehlidə keçiriləcək müzakirələrin hədəfi ən müxtəlif sahələrdə əməkdaşlığın dərinləşməsi yollarını axtarmaqdır". 
Hürr Tərcüman

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.151878