Saat:13:32
Haqqımızda

Mirzoyan: “Ermənistan sülh sazişi layihəsi ilə bağlı təkliflərə Azərbaycanın cavabını alıb”

2022-11-28 19:59:00

Mirzoyan: “Ermənistan sülh sazişi layihəsi ilə bağlı təkliflərə Azərbaycanın cavabını alıb”

Ermənistan sülh sazişi layihəsi ilə bağlı təkliflərə Azərbaycanın cavablarını alıb.

Bunu bazar ertəsi Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri Ararat Mirzoyan “Armenpress” agentliyinə müsahibəsində bildirib.

“Bildiyiniz kimi, biz Azərbaycana münasibətlərin tənzimlənməsi ilə bağlı təkliflərimizi, yaxud da sülh müqaviləsi layihəsini təqdim etmişik və cavablarını yalnız dünən almışıq. Ona görə də müzakirələr davam edir. Ümid edirik ki, bu məsələdə ən qısa zamanda razılıq əldə edəcəyik. Beynəlxalq tərəfdaşlarımızın vasitəçilik səyləri də bu prosesdə mühüm rol oynaya bilər”, - deyə nazir bəyan edib.

O, qeyd edib ki, İrəvan müəyyən vaxt çərçivəsində liderlər arasında görüş təşkil etməyə hazırdır.\\Demokrat.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR