Mirzoyan: "Azərbaycanla sülh sazişini yaxın zamanda imzalamağa hazırıq"
2025-03-12 22:53:06

Ermənistan Azərbaycanla sülh sazişini yaxın zamanda imzalamağa və düşmənçilik səhifəsini bağlamağa hazırdır.
“Report” yerli KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan niderlandlı həmkarı Kaspar Veldkampla birgə mətbuat konfransında bildirib.
O qeyd edib ki, bu saziş, əlbəttə, bütün məsələləri həll edə bilməz, lakin bütün prosesin müsbət yekunlaşmasının başlanğıcı ola bilər.
