"Mirziyoyev səfəri münasibətlərimizin daha da dərinləşməsinə töhvə verəcək" - VÜQAR BAYRAMOV

2023-03-01 13:40:00

"Azərbaycan və Özbəkistan müxtəlif beynəxalq qurumlarda, o cümlədən Türk Dövlətləri Təşkilatında sıx və məhsuldar əməkdaşlıq formalaşıdırıb"

"Özbəkistan Prezidenti Şavkat Mirziyoyev martın 1-2-də Azərbaycana səfərə gələcək. Son illər tərəflər arasında strateji münasibətlərin daha dərinləşməsi müşahidə olunur. 2022-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi əvvəlki ilə nisbətən 64 faiz artaraq 111 milyon 903 min dollardan 183 milyon 307 min dollaradək yüksəlib. 2020-ci il ilə müqayisədə isə ticarət dövriyyəmiz 2 dəfədən çox artıb". Hurriyyet.az xəbər verir ki, bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri, millət vəkili Vüqar Bayramov bildirib.

Millət vəkili qeyd edib ki, Azərbaycan Özbəkistan ilə eyni zamanda iqtisadiyyatın digər, çox fərqli sahələrində əməkdaşlıq edir: "Nəqliyyat, logistika, kənd təsərrüfatı ilə yanaşı birgə sərmayə qoyluşları da prioritetləşməkdədir. Hər iki ölkə müxtəlif beynəxalq qurumlarda, o cümlədən Türk Dövlətləri Təşkilatında sıx və məhsuldar əməkdaşlıq formalaşıdırıb. Özbəkistan müasir standartlara uyğun olaraq Füzuli şəhərində orta məktəb inşaatını tamamlamaq üzrədir. Bu isə tərəflərin həmçinin, humanitar və digər istiqamətlərdə də əməkdaşlığından xəbər verir".

CESD sədri əlavə edib ki, dövlət başçılarının qarşılıqlı rəsmi səfərləri ölkələr arasında münasibətlərin inkişafına xüsusi təkan verir: "Bu baxımdan, Özbəkistan Prezidentinin Azərbaycana səfəri də münasibətlərimizin daha da dərinləşməsinə töhvə verəcək".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.159898