Miri Yusifin prodüserini hədələyən şəxs saxlanıldı
2025-01-25 12:18:32
.jpg)
Xalq artisti Miri Yusifin prodüseri, televiziya aparıcısı Emin Əfəndini hədələyən şəxs saxlanılıb.
Hurriyyet.az xəbər verir ki, Emin Əfəndini hədələyərək hesabına 1000 manat pul ödətmiş Bakı şəhər sakini 1999-cu il təvəllüdlü Əli Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb.
Onun barəsində araşdırmalar aparılır.
Xatırladaq ki, yanvarın 19-da naməlum şəxs Emin Əfəndiyə Vatsap vasitəsilə mesaj yazaraq prodüseri olduğu Miri Yusifin videolarını yayacağı ilə bağlı hədələyib və ondan 1000 manat məbləğində pul alıb.
Oxu.az
