Saat:11:26
Haqqımızda

"Mir Mövsüm Ağa" ziyarətgahında ÖZBAŞINALIQ: Kənardan qurbanlıq gətirmək olmaz

2021-12-04 15:57:00

“Mir Mövsüm Ağa” ziyarətgahında özbaşınalıq hökm sürür.

Hurriyyet.az Yenicag.az-a istinadən xəbər verir ki, bununla bağlı ziyarətgaha gedən vətəndaşlar sosial şəbəkələrdə məlumat paylaşıblar.

Qeyd edilir ki, ziyarətgaha gedənlər qurbanlıq heyvan aparsalar da, Hacı Nizam adlı ziyarətgah vəzifəlisi kənardan gətrilən heyvanın kəsilməsinə icazə verməyib. Hacı Nizam ziyarətgahda yalnız burada saxlanılan heyvanların qurban kəsilə biləcəyini qeyd edib.

Üstəlik, həmin şəxsin ziyarətgahda yalnız 8 aylıqdan yuxarı, 10 kq-dan çox olan heyvanın qurban kəsilməli olduğu ilə bağlı qayda tətbiq etdiyi də bildirilir. Ziyarətgah daxilində isə heyvanların qiyməti bahadır.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR