“Miqrant Uşaqlara Dəstək” İctimai Birliyi növbəti toplantı keçirdi – FOTOLAR

2023-09-11 22:47:37

“Miqrant Uşaqlara Dəstək” İctimai Birliyi növbəti toplantı keçirdi – FOTOLAR

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi “Miqrant uşaqların cəmiyyətimizə inteqrasiyasına dəstək” mövzusundakı layihə çərçivəsində 09 sentyabr 2023-cü il tarixində Bakı şəhərində “Hürriyyət” qəzetinin akt zalında Bakı şəhərində yaşayan bir qrup miqrant uşaqlar üçün Azərbaycan dili kursu keçilib.

Hurriyyet.az xəbər verir ki, təlimçi Gülyaz Əsgərova miqrant uşaqlara Azərbaycan dilinin fonetikası, digər dillərdən keçən sözlərlə öz dilimizdə olan sözlərin dilmizdə işlədərkən fərqliliyindən, dilimizə keçən sözləri ayırd etməyin asan olduğunu diqqətə çatdırıb. G.Əsgərova Azərbaycan qramatikasından danışıq zamanı necə istifadə etməyin yollarından bəhs edərək, immiqrant uşaqlar arasında əyani olaraq dialoq təşkil edib.

Azərbaycan dilinin mənimsənilməsi üçün müxtəlif növ viktorinaların keçrilməsi, sözlərin tapılması, dilimizin mənimsənilməsinin və immiqrant uşaqların Azərbaycan dilində danışma imkanlarının artırılması üçün fərqli metodlarlardan istifadə olunub. Tədbir nahar süfrəsində davam etdilib.

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.102576