MİQ-in baş hərflərinin mənası budur - "Mən İndi Qazanıram"

2022-08-10 17:50:00

MİQ-in baş hərflərinin mənası budur -

Müəllimlərin işə qəbulu (MİQ) ilə bağlı narazılıqlara tez-tez rast gəlirik.

Hurriyyet.az xəbər verir ki, 113 nömrəli məktəbin keçmiş müəllimi Lalə İbrahim qızı Məmmədova da MİQ-dən narazıdır.

Bu barədə o sosial şəbəkədə paylaşımında qeyd edərək bildirib ki, əvvəl hər hansı bir məktəbin təqaüdə çıxmış müəlliminin yerinə daimi çalışmaq mümkün idi:

"Hazırda isə bu mümkün deyil. Məktəbdə daimiləşmə artıq yalnız imtahanın 1-ci turunda mümkündür. Bu müəllimlərin işsiz qalmasına səbəb olur".

L.Məmmədova imtahanda kifayət qədər bal yığan müəllimlərin "vakant yerlər satıldığı üçün" işsiz qaldıqlarını bildirib.

Sözü gedən məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədovun da münasibətini öyrəndik:

Ekspert bildirdi ki, Təhsil Nazirliyi, Bakı Şəhər və Regional Təhsil idarələri 2-ci turu özləri üçün saxlayırlar.

"Məmurlar vətəndaşlara xidmət etmək üçün orada oturmayıblar. Birinci turda kimin imkanı var daimi iş yeri ilə təmin ediləcək, digərləri isə pul verdikdə daimiləşdiriləcəklər. Yaxud kimin adamı varsa o da daimiləşəcək. Bu həmişə belə olub. Məsələn, Bakı şəhərində, məktəblərin birində, riyaziyyat müəllimi müddətli müqavilə ilə daimi olmayan işə qəbul olur. Bir müddətdən sonra məktəbdə vakant yer yaranır. Boş olan yeri vakansiyaya çıxarmaq yerinə, həmin müəllimi daimi müəllim kimi təyin edirlər. 1-ci turda az yer çıxarılır, digər turlardan isə pul ödəyənlər keçəcək. Növbəti turlarda daimiləşmənin tətbiq edilməməsi, özlərinin maddi maraqlarına xidmət edir və özlərinə qazanc yeri saxlamaqdan başqa heç bir məqsəd güdmür".

Əmək məcəlləsinin müvafiq maddələrinə görə, çalışmanın son yaş həddi 65-dir. Təhsil Nazirliyinin, yerli təhsil idarələrinin müəllimin göstəricilərini nəzərə almaqla,bağlanmış müqaviləni 1+1 il müddətində uzatmaq səlahiyyətlərı var. Əgər yaşı 65 olan müəllim pul ödəyirsə, onunla bağlanılan müqaviləni uzadırlar və onun yeri vakansiyaya çıxmır. Kim pul ödəmirsə,onun yeri vakansiyaya çıxarılır. MİQ imtahanında keçirənlərin yalnız bir məqsədi var- pul qazanmaq. Əslində MİQ-in baş hərflərinin də mənası da elə budur - "Mən İndi Qazanıram".

Bu müəllimlərin işə qəbulu imtahanı yox, birmənalı olaraq bu edilənlər qanunsuzdur. Təlimatda deyilir ki, ümumi işçilərin 2%-dən çoxu 65 yaşdan yuxarı çalışmamalıdır. Lakin, biz görürük ki, maddi maraqları müqabilində bu qaydaları pozurlar. Vakansiyalar gizlədilir, özlərinin adamlarına, pul aldıqları adamlara vakant yerləri verirlər və daimiləşdirirlər.Sistemdə bunu kimsə görmür.Yalnız, biz görürük ki, bəziləri tədrisin gedişatında az bal toplamağına və yaxud da, ümumiyyətlə müsabiqə şərtini ödəməməsinə baxmayaraq işə qəbul olunurlar. Son iki ildə bu dəhşətli vəziyyət daha da artıb. İstər Bakıda, istərsə də bölgələrdə müsabiqə şərtini ödəməyənlər, hansısa yollarla işə qəbul edilirlər və daimiləşirlər. Təəsüf ki, digər haqqı olan, işə ehtiyacı olan şəxslər kənarda qalırlar.

Müəllimlər də niyə imtahana hazırlaşırlar ki? MİQ sadəcə formallqı xatirinə keçirilən imtahandır. Ondansa müəllim olmaq istəyənlər pul yığsınlar, getsinlər müvafiq quruma versinlər... Yəni qayda budur.Görmürlər ki yerlər satılır? Satılırsa,onlar da alsınlar. Çox bal toplayan yox, çox pul verən müəllimlər iş tapa bilir. Onlar resepti özləri də görüb bilirlər.”


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.064361