Saat:15:22
Haqqımızda

Minlərlə rus diplomatın “iPhone” telefonları ələ keçirilib – FTX ABŞ kəşfiyyatından şübhələnir

2023-06-01 16:51:00

Minlərlə rus diplomatın “iPhone” telefonları ələ keçirilib – FTX ABŞ kəşfiyyatından şübhələnir

Rusiya Federal Təhlükəszilik Xidmətinin (FTX) məlumatına görə, xarici ölkələrdə və beynəlxalq təşkilatarda çalışan bir neçə min rusiyalı diplomatın telefonlarına haker hücumları təşkil edilib.

Hurriyyet.az Rusiya mətbuatına istinadla xəbər verir ki, xüsusilə NATO ölkələrində, keçmiş SSRİ-nin tərkibində olmuş müstəqil respublikalarda, İsrail, Suriya və Çindəki diplomatik xidmət əməkdaşlarının “iPhone” markalı telefonları virusa yoluxdurulub.

Hücumun təfərrüatları açıqlanmır. İddia olunur ki, naməlum proqram təminatının köməyi ilə iOS əməliyyat sisteminin kodundakı boşluqlardan istifadə olunub. FTX haker hücumuna görə ABŞ Milli Təhlükəsizlik Agentliyini günahlandırıb.

FTX iddia edir ki, kütləvi sındırma əməliyyatı “iPhone” istehsalçısı “Apple” şirkətinin ABŞ kəşfiyyat orqanları ilə əməkdaşlığı nəticəsində mümkün olub. Lakin buna dair heç bir sübut təqdim edilməyib. “Apple” bu barədə “Reuters” agentliyinin sorğusunu cavablandırmayıb.

“Apple” öz cihazlarının məlumat saxlamaq üçün son dərəcə etibarlı olduğunu bəyan edir. Bununla belə, telefonlarda vaxtaşırı hakerlərə və ya kəşfiyyat orqanlarına məlumat əldə etməyə imkan verən boşluqların meydana çıxması məlum olur.

2021-ci ildə İsrailin “NSO Qrup” şirkəti tərəfindən istehsal olunan “Pegasus” casus proqram paketindən istifadə edərək “Apple” cihazlarının kütləvi şəkildə ələ keçirilməsi faktları baş verib. Proqramdan müxtəlif ölkələrin xüsusi xidmət orqanları da istifadə edib. “Apple” sözügedən proqramın istehsalçı şirkətini məhkəməyə verib.

AzPolitika.info

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.245468